суббота, 5 ноября 2011 г.

СРГАРМ


Qohum funksiyalar:
Sintaksis:
   СРГАРМ(число1;число2;...)
Nəticə:
   Verilənlər çoxluğunun harmonik orta qiymətini         hesablayır.
Arqumentlər:
     число1, число2,...: harmonik orta qiyməti hesablanan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  •     arqumentlər ədədlər, adlar, ədədləri ehtiva edən massivlər və ya istinadlar ola bilər;
  •   əgər massiv və ya istinad olan arqumentlər mətnləri, məntiqi qiymətləri və ya boş xanaları ehtiva edirlərsə, onda belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli xanalar nəzərə alınır;
  •   əgər arqumentlərdən hər hansı biri mənfi və ya 0-dırsa, onda СРГАРМ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerəşdirir;
  •   harmonik orta qiymət həmişə həndəsi orta qiymətdən kiçik olur.

Riyazi-statistik interpretasiya:
    Harmonik orta qiymət – tərs qiymətlərin hesabi orta qiymətinin tərsi olan bir kəmiyyətdir. Harmonik orta qiymət aşağıdakı düsturlarla hesablanır.

     Çəkili harmonik orta:


                                                                   

                                                            

 Burada,
 

 

              Çəkisiz harmonik orta:
 
                                                                                                                                                                            
 Diqqət!

  •     СРГАРМ funksiyası çəkisiz harmonik ortanı hesablayır. Ondan çəkili harmonik ortanı hesablamaq üçün istifadə etmək olmaz.  
  •      Harmonik orta qiymətdən o zaman istifadə edirlər ki, statistik informasiyada külliyyatın ayrı-ayrı variantlarının tezliyi   barəsində deyil, onların hasilləri haqqında məlumat olur.


Misal
Taxıl yetişdirilən üç müxtəlif sahənin məhsuldarlığı uyğun olaraq 22, 26 və 30 s/ha olmuşdur. Orta məhsuldarlığı müəyyən etməli.

Həlli
Orta məhsuldarlığı yuxarıda verilmiş çəkisiz harmonik orta düsturu ilə hesablayaq:




İndi də məsələni СРГАРМ funksiyasının köməyilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
1
22
26
30

2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$3)
3.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СРГАРМ funksiyasını seçək. Bu zaman СРГАРМ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.    Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:C1) mausla seçək.
5.    OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 25,852 qiyməti əmələ gələcəkdir.