Qohum funksiyalar:
Sintaksis:
СРГАРМ(число1;число2;...)
Nəticə:
Verilənlər çoxluğunun harmonik orta qiymətini hesablayır.
Arqumentlər:
число1, число2,...: harmonik orta qiyməti hesablanan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
- arqumentlər ədədlər, adlar, ədədləri ehtiva edən massivlər və ya istinadlar ola bilər;
- əgər massiv və ya istinad olan arqumentlər mətnləri, məntiqi qiymətləri və ya boş xanaları ehtiva edirlərsə, onda belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli xanalar nəzərə alınır;
- əgər arqumentlərdən hər hansı biri mənfi və ya 0-dırsa, onda СРГАРМ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerəşdirir;
- harmonik orta qiymət həmişə həndəsi orta qiymətdən kiçik olur.
Riyazi-statistik interpretasiya:
Harmonik orta qiymət – tərs qiymətlərin hesabi orta qiymətinin tərsi olan bir kəmiyyətdir. Harmonik orta qiymət aşağıdakı düsturlarla hesablanır.
Çəkili harmonik orta:
Burada,
Çəkisiz harmonik orta:
Diqqət!
- СРГАРМ funksiyası çəkisiz harmonik ortanı hesablayır. Ondan çəkili harmonik ortanı hesablamaq üçün istifadə etmək olmaz.
- Harmonik orta qiymətdən o zaman istifadə edirlər ki, statistik informasiyada külliyyatın ayrı-ayrı variantlarının tezliyi barəsində deyil, onların hasilləri haqqında məlumat olur.
Misal
Taxıl yetişdirilən üç müxtəlif sahənin məhsuldarlığı uyğun olaraq 22, 26 və 30 s/ha olmuşdur. Orta məhsuldarlığı müəyyən etməli.
Həlli
Orta məhsuldarlığı yuxarıda verilmiş çəkisiz harmonik orta düsturu ilə hesablayaq:
İndi də məsələni СРГАРМ funksiyasının köməyilə həll edək.
1. İlkin verilənlər cədvəlini tərtib edək:
A | B | C | |
1 | 22 | 26 | 30 |
2. Nəticənin yazılacağı oyuğu seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СРГАРМ funksiyasını seçək. Bu zaman СРГАРМ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:C1) mausla seçək.
5. OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 25,852 qiyməti əmələ gələcəkdir.
Комментариев нет:
Отправить комментарий